Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:43

Azərbaycan əsgəri yol qəzasında ölüb


Bu gün Lökbatan qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Yol Polis İdarəsinin məlumatına görə, içində 3 əsgər olan “Mercedes” markalı maşın, “ Fiat ” markalı, avtomobillə toqquşub.

Nəticədə Qaradağ rayon sakini olan əsgər Azər Cabbarov hadisə yerində keçinib.

Qalan iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Onların vəziyyəti orta ağırdır.

Həmçinin hər iki sürücü yüngül xəsarətlə xəstəxanaya düşüblər.

Faktla bağlı cinayət işi açılıb.

Məzuniyyətdə olan əsgərlər Lənkəranda xidmət etdikləri hərbi hissəyə qayıdırmışlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG