Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:03

Müsavatın mitinq məktubu araşdırılır


Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı məktubunu cavablandırmayıb.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı deyir ki, məktubu İcra Hakimiyyətinə martın 12-də göndəriblər.

«İcra hakimiyyətinə göndərdiyimiz məktubda bildirmişik ki, kütləvi aksiyaların keçirilməsi üçün Bakı şəhər İcra hakimiyyəti müvafiq yerlər ayırsın. Biz indiyə qədər kütləvi aksiyaların, mitinqlərin keçirildiyi bir çox yerləri göstərmişik. Düzdür, bu məktuba cavab sərbəst toplaşma azadlığı ilə tənzimlənmir ki, konkret müddət ərzində cavablandırılsın. Ancaq İcra hakimiyyətinin bu məktubu cavablandırması üçün kifayət qədər vaxtı var idi»

Bakı şəhər icra hakimiyyəti ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyir ki, Partiyanın ünvanladığı məktub araşdırılır:

«Ümumiyyətlə məktublara dövlət orqanlarında bir ay müddətində baxılır və cavablandırılır. Martın 29-dan sonra onların məktublarına baxılacaq və cavab veriləcək»

Müsavat Partiyası İcra Hakimiyyətini ünvanladığı məktubda kütləvi mitinqlərin və aksiyaların keçirilməsi ilə bağlı yerlərin ayrılması xahiş olunur.

Arif Hacılı deyir ki, aprel ayında ölkədəki özbaşınalıq, korrupsiya hallarının artması, söz azadlığı və seçkilərdə yol verilən hüquq pozuntularına etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG