Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı artıb


Ötən il xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı 36 faiz artıb. Azərbaycan vətəndaşları əsasən Avropa Birliyi ölkələrinə getməyə üstünlük verir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında belə deyilir.

Hesabata görə, 2008-ci ildə 1691 Azərbaycan vətəndaşı sığınacaq almaq üçün xarici ölkələrə müraciət etmişdisə, 2009-cu ildə bu rəqəm 2319 olub.

Hesabatda göstərilib ki, Cənubi Qafqaz ölkələrində də artım müşahidə edilir. Ötən il xaricdən sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı 43 faiz, Gürcüstan ölkəsini tərk etmək istəyən Gürcüstan vətəndaşlarının 102 faiz artıb.

Xarici ölkələrdən sığınacaq istəyənlərin ilk “dördlüyünə” İraq, Əfqanıstan, Somali və Rusiya daxildir.

2009-cu ildə sığınacaq verilməsi ilə bağlı ABŞ-a 49 min, Fransaya 41 min, Kanadaya 33 min, Böyük Britaniyaya 29 min və Almaniya 27,5 min müraciət edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG