Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:23

Polis zabiti rəislərinə böhtan atdığı üçün təzminat ödəyəcək


Ötən ilin noyabr ayında internetdəki YouTube video paylaşım şəbəkəsinə Rusiya milisini korrupsiya və mənimsəməyla bağlı ittihamlarını yerləşdirən milis zabiti Aleksandr Dımovski böhtanda təqsirli bilinib.
Novorossiysk məhkməsinin qərarıyla Dımovski rəsilərinə böhtana görə hər birinə 1800 dolara yaxın təzminat ödəməli və internetdə üzr istəmələdir.

Dımovski özü isə AzadlıqRAdiosuna bildirib ki, cəriməni ödəməyə imkanı yoxdur. İnternetdə yelrəşdirdiklərinə görə isə peşman deyil və təkzib verməkdənsə, 3 il həbsdə yatmağa üstünlük verər. Dımovski ədalətli qərar çıxana qədər mübarizəsini davam etdirəcəyini bə vurğulayıb.

Aleksandr Dımovski həmin videoda rəislərinin onları insanları incitməyə, rüşvət almağa və günahsız həbslərə məcbur elədiklərini iddia edirdi. 700 min adam tərəfindən izlənən bu video görüntülərdən sonra onu işdən çıxarmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG