Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:26
«Azərbaycan Ermənistan prezidentinin güc tətbiq etməmək haqqında saziş imzalamaqla bağlı çağırışını alqışlayır. Amma bunun baş tutması üçün ilk növbədə bu təhlükəni yaradan səbəb aradan qaldırılmalıdır».

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Ermənistan prezidenti Serj Sarkisyanın «Euronews» televizyasına müsahibəsini «Turan»a şərh edərkən bildirib.

Onun fikrincə, güc tətbiqini yaradan səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir:

«Ermənistan işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxararsa, bu təhlükə özlüyündə aradan qalxacaq», - deyə o qeyd edib.

Ermənistan prezidentinin Dağlıq Qarabağın heç zaman müstəqil Azərbaycanın tərkibində olmaması ilə bağlı dediklərini isə Poluxov səhv adlandırıb:

«Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ da daxil olmaqla tanıyır. Cənab Sarkisyanın nəzərinə çatdırıram ki, dünya ictimaiyyəti Dağlıq Qarabağ adlı subyekt tanımır və tanımayacaq. Beynəlxalq ictimaiyyət məhz SSRİ dağıldığı zaman Dağlıq Qarabağ da daxil olmaqla, müstəqil Azərbaycanın sərhədlərini tanıyıb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG