Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

Qarabağ müharibəsi təhlükəsi aradan qalxar, əgər...


«Ermənistan işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqla münaqişənin hərbi fazaya keçmək təhlükəsini aradan qaldıra bilər».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı gücdən istifadə etməməklə bağlı saziş bağlamaq müraciətini şərh edərkən belə deyib.

APA-nın xəbərinə görə, Poluxov bildirib ki, «Danışıqların bu mərhələsində bəzi erməni siyasi liderlərinin bəyanatları ən azı təəccüb və təəssüf hissləri doğurur».

«Burada hərbi ritorikanın təkrar olunmaması sırf Ermənistan tərəfindən asılıdır. Yəni bunun üçün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxmalıdır. Belə bir addımla Ermənistan tərəfi dərhal hərbiləşmiş, yaxud münaqişənin hərbi fazasına keçmək ritorikası və təhlükəsini aradan qaldıra bilər».

Başqa bir xəbərə görə isə, Serj Sarkisyan Suriyanın «əl-Vatan» qəzetinə müsahibəsində isə bildirib ki, Ermənistan hansısa kompromis qarşılığında Dağqlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaı düşünə bilər, amma Dağlıq Qarabağla Ermənistanı birləşdirən koridorun saxlanılması şərti ilə.
XS
SM
MD
LG