Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

Həbsxanalarda vərəmli məhbusların ölümü 15 dəfə azalıb


Bunu AzadlıqRadiosuna Beynəlxalq Qırmızı Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülnaz Quliyeva deyir. Onun sözlərinə görə 90-cı illərdə hər il həbsxanalarda 300 vərəmli məhbus dünyasını dəyişirdisə, indi bu göstərici 15 dəfə azalaraq 20 nəfər olub:

«Biz buna nail olmaq üçün Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində vərəmli məhbuslar üçün ayrıcа III koloniyanın tərkibində ixtisaslaşdırılmış müalicə müəssisə təşkil olundu. İndi bu müəssisədə min nəfər müalicə alır».

Gülnaz Quliyeva deyir ki, onlar azadlığa çıxan məhbusların dispanserə yerləşdirilməsi istiqamətində Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirlər.

Komitə hər ay vərəmli xəstələrə baş çəkir, onları gigiyenik və qida məhsulları ilə təmin edirlər.

24 Mart dünyada vərəmlə mübarizə günü kimi qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG