Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:27

«Zanbaq inqilabı»nın ildönümü ərəfəsi müxalifətçilər həbs olunur


Zanbaq inqilabının 5-ci ildönümü ərəfəsində Bişkekdə polis 19 müxalifətçini tutub

Zanbaq inqilabının 5-ci ildönümü ərəfəsində Bişkekdə polis 19 müxalifətçini tutub

Zanbaq inqilabının 5-ci ildönümü ərəfəsində Bişkekdə polis, rəsmi məlumata görə, 19 müxalifətçini tutub. Müxalifət isə tutulanların 30 nəfər olduğunu deyir. Tutulanlar arasında Qırğızıstanın Akşumakar adlı müxalifət partiyasının lideri Temir Sarıyev də var. O, əslində tutulmamışdı, polisə aparılan nümayişçilərə özü könüllü qoşulub.

Nümayiş isə siyasi və sosial tələbli idi. Müxalifətçilər işığa görə haqqın endirilməsini və hakimiyyətin hazırladığı konstitusiya islahatının, eləcə də strateji obyektlərin özəlləşdirilməsinin təxirə salınmasını tələb edirdilər.

Onlar həmçinin tələb edirdilər ki, Bişkek yaxınlığında Manas Beynəlxalq Hava Limanında Amerikanın Tranzit Mərkəzi bağlansın.

Müxalifətçilər bütün bu tələblər yazılmış məktubu ölkə prezidenti Kurmanbek Bakiyevə təqdim etmək istəyirdilər.

Şahidlərin dediyinə görə, polis nümayişi rezin dəyənəklərlə dağıdıb.

HAKİMİYYƏT MÜXALİFƏTDƏN 7 MİN POLİSLƏ QORUNUR

Nümayiş «xalqla hakimiyyət və etnik qruplara arasında dialoq» mövzusunda ölkəmiqyaslı qurultay keçirilən binanın qabağında olub. Həmin binanın ətrafını 7 min polis qoruyurdu.

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev qurultayda deyib ki, o, bu məclisdə müxalifətin iştirak etməməyinə təəssüflənir. Onun sözlərinə görə, «müxalifətin yaxşı niyyəti olsaydı, öz ideyalarını xalq təmsilçilərinin qabağında səsləndirmək imkanını əldən buraxmazdı».

Bakiyev deyib ki, «müxalifət normal siyasi prosesin ayrılmaz tərkib hissəsidir. Ölkə müxalifətsiz inkişaf edə bilməz. Ancaq müxalifətin başı cəmiyyətə alternativ proqram təqdim etməyə yox, yalnız tənqid etməyə və böhtan atmağa qarışıb».

Bişkekdə etiraz aksiyası, 23 mart 2010
Bakiyev islamçıları da tənqid edib. O deyib ki, müsəlman icmaları dövlətin roluna və dövlətlə əməkdaşlığa neqativ yanaşmalara üstünlük verirlər.

HƏBSDƏ DƏ İNQİLABÇILAR VAR


Qırğızıstanda zanbaq inqilabının 5 illiyi isə hələlik əfv fərmanı ilə yadda qalıb. Prezident Bakiyevin imzaladığı fərmanla «bilmədən yüngül cinayət törədən və 2005-ci il inqilabına fəal cəlb olunmuş məhbuslar» azad olunacaq.

Qırğızıstanın cənubundakı Oş şəhərində həbsdə olan keçmiş müdafiə naziri İsakovun yerliləri icazəsiz mitinq etmək istəyiblər, polis 40 nəfəri tutub.

Burda hadisə belə olub. Hakimiyyət nümayişçilərə 60 nəfərlik teatrda mitinq eləməyə icazə verib, regiondan gələnlərə yer olmadığına görə onlar teatrın qabağında da toplaşıblar, polis isə bunu icazəsiz mitinq adlandırıb.

Zanbaq inqilabı ilə 5 il əvvəl hakimiyyətə gələn Bakiyevdən narazılıq artmaqdadır.

Bakiyev inqilab vaxtı deyirdi ki, korrupsiya, qohumbazlıq ilə mübarizə aparacaq, media azad olacaq.

Ancaq bu yaxınlarda bir sıra müstəqil qəzet bağlandı. Bakiyev qardaşını prezidentin təhlükəsizlik xidmətinin rəhbəri, oğlunu isə iqtisadi inkişafla bağlı əsas dövlət agentliyinə rəhbər qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG