Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:47

Müxalifət ilə polis arasında toqquşma olub, tutulanlar var


Qırğızıstanda müxalifət ilə polis arasında toqquşma olub. Təxminən 30-a yaxın fəal həbs olunub.

Onlar bu gün Bişkekdə Qurmanbey Bakiyevin təşəbbüsü ilə keçirilən qurultaya öz tələblərini çatdırmaq istəyirmiş.

Oş şəhərində isə 60-a yaxın fəal tutulub. Onlar həbs olunan müxalifətçi siyasətçi İsail İsakovun azadlığa buraxılması üçün yürüş keçiriblər.

Müxalifət fəalları bəyan edib ki, prezident tələblərini qəbul edənə kimi etiraz edəcəklər. Müxalifət kommunal xərclərin azaldılmasından tutmuş, siyasi məhbusların azadlığa buraxılmasını və Bakiyevin qohumlarının dövlət vəzifələrindən uzaqlaşdırılmasını tələb edir.
XS
SM
MD
LG