Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:18

«Üçüncü Xəzər Enerji Forumu» keçirilir


Moskvada «Üçüncü Xəzər Enerji Forumu–2010» öz işinə başlayıb.

Tədbir Rusiya Xarici İşlər, Təbii Sərvətlər və Ekologiya nazirliklərinin, Ticarət-Sənaye Palatasının və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə keçirilir.

Forumun əsas məqsədlərindən biri Xəzər dənizinin enerji sahəsində birləşdirici rolunu təcrübədə reallaşdırmaqdır.

Bu səbəbdən forumda, əsasən, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, enerji resurslarının mənimsənilməsində əməkdaşlığın genişləndirilməsi, qaz-nəqliyyat infrastrukturu obyektlərinin, neft-qaz hasilatı və emal müəssisələrinin tikintisi və modernləşdirilməsi məsələləri müzakirə olunacaqdır.

Danışıqların yekununda sazişlərin imzalanacağı gözlənilir. /Azərtac/
XS
SM
MD
LG