Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

ABŞ Əfqanıstanı dəstəkləyir


Amerika Əfqanıstan prezidentinin ölkənin ikinci ən böyük yaraqlı qruplaşması ilə danışıqlar aparmasını alqışlayıb.

Martın 22-də Həmid Kərzayi ilə Hezb-i-Islam fraksiyası arasında sülh danışıqları olub.

Dövlət Departmanetinin sözçüsü Filip Krouli bildirib ki, Vaşinqton Əfqanıstanın barışıq prosesinin bir hissəsi olaraq yaraqlı qrupların üzvləri ilə əlaqə qurmaq marağını dəstəkləyir.

Krouli əlavə edib ki, isənilən razılaşmada yaraqlılara dəstək dayanmalı, «əl-Qaidə» və digər terror təşkilatları ilə münasibətlər kəsilməlidir.

Əfqan rəsmiləri bildirib ki, prezident H. Kərzayi Hezb-i-Islam nümayəndələrinin təqdim etdiyi planı araşdırır.

Bu fraksiya Talibandan sonra Əfqanıstanda ikinci nüfuzlu qruplaşmadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG