Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Ermənistandakı işgəncələrlə bağlı hesabat açıqlanıb


Yerevanda hökumət qüvvələri ilə mitinqçilər arasında toqquşma, 1 mart 2008
Yerevanda hökumət qüvvələri ilə mitinqçilər arasında toqquşma, 1 mart 2008
Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi Yerevanı 2008-ci ilin prezident seçkisindən sonra baş verən etiraz aksiyalarında baş verən zorakılıqların ictimai təhqiqatlarını aparmağa çağırıb. Komitə bu hadisələr zamanı tutulan müxalifət tərəfdarlarının zorakılığa məruz qalmaları barədə məlumatlardan narahat olduğunu bildirib.

Martın 19-da yayılan geniş hesabatında Komitə qeyd edir ki, hökumət bütün hüquq-mühafizə orqanlarına açıq-aşkar başa salmalıdır ki, həbsdə olan adamlarla pis davranış qanunsuzdur və buna qarşı cinayət istintaqı qaydasında mübarizə aparılacaq.

Komitənin nümayəndələri 2008-ci ilin martında prezident seçkisindən sonra hökumət qüvvələri ilə müxalifət fəalları arasında 10 nəfərin ölümü ilə nəticələnmiş toqquşmaları araşdırıblar və bu hesabatda da onların əldə etdikləri məlumatlar əksini tapıb.

Amma aydın deyil ki, niyə Strasburqda yerləşən bu Komitə hesabatını yaymağı üçün iki il gözləyib.

Sənəddə qeyd edilir ki, Komitənin nümayəndələri müxalifət lideri Levon Ter-Petrosyanın o zaman həbsdə olan 70 tərəfdarı ilə görüşüblər. Onların demək olar hamısı həbsxanada zorakılığa məruz qaldıqlarını deyiblər.

Hesabatda həmçinin hökumətin zorakılıq barədə deyilənləri rədd edən yazılı reaksiyası da əksini tapıb. Həmin məktubunda hökumət bildirir ki, 2008-ci ilin ilk səkkiz ayında polis seçkidən sonra baş verən hadisələrlə bağlı tutulmuş hər hansı məhbusdan və ya onun vəkilindən zorakılıqlar barədə şikayət almayıb.

Buna baxmayaraq, Komitə qeyd edir ki, Ermənistan hakimiyyəti polis qəddarlıqlarının araşdırılacağı barədə əvvəllər verdiyi vədinə əməl etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG