Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Çinlilərə evdən çıxmamaq tövsiyə olunub


Çinin şimal əyalətlərində bir neçə gün davam edən qum tufanı ilə əlaqədar dövlət qurumları ölkə əhalisinə evdən çıxmamağı tövsiyə edib.

APA-nın məlumatına görə, evdən küçəyə çıxanlara nəfəs yollarının qorunması üçün xüsusi sarğılardan istifadə etmək məsləhət görülür.

Çinin şimal hissəsində ötən həftə başlayan qum tufanı, Pekin və digər iri şəhərləri bürüyən tufan artıq cənub bölgələri istiqamətində hərəkət edir. Meteoroloqların bildirdiyinə görə, külək xırda qumu Qobi səhrasından gətirib. Havanın çirklənməsi maksimal həddə çatıb və havadakı quma görə günəş şüaları yer səthinə demək olar ki çatmır.

Qeyd edək ki, Cənubi Koreyada da analoji vəziyyət yaranıb və dövlət qurumları oxşar tövsiyələrlə xalqa müraciət edib. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG