Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

Bayram günü Kürdəmirdə ən böyük ev yanıb


Bayram günü Kürdəmir rayonunda ən böyük fərdi yaşayış evi yanıb

Martın 21-də axşam saat 22:20-da baş verən yanğın nəticəsində ev yanaraq tamamilə yararsız vəziyyətə düşüb.

Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən «APA»ya verilən məlumata görə, ümumi sahəsi 300 kv. metr olan iki mərtəbəli 12 otaqlı evdə yanğın baş verən zaman ev sahibləri qonaq getdiklərindən evdə heç kim olmayıb.

Əraziyə 4 yanğınsöndürən maşın, 3 su maşını cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən alov evi tamamilə bürüyüb və yanğının qarşısını almaq mümkün olmayıb. Bütün otaqlar məişət əşyaları ilə birgə yanaraq külə dönüb. Alovun qarşısı gecə saat 01:00-da tam alınıb.

İlkin ehtimala görə, hadisəyə evdəki qaz sobasının tüstü borusunun düzgün qurulmaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG