Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:08

Novruz Gürcüstanda milli bayram elan edilib


Novruz bayramı Gürcüstanda ümummilli bayram elan edilib.

Belə bir bəyanatla azərbaycanlıların yaşadığı Marneuli rayonuna səfəri zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

Azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edən prezident artıq hökumətin bu barədə qərar qəbul etdiyini bildirib.

Saakaşvili qeyd edib ki, bu onu göstərir ki, biz, bütün Gürcüstan vətəndaşları vahid dövlət və vahid cəmiyyətin nümayəndələriyik.

Ona görə də sevincimiz də, kədərimiz də bir olmalıdır.

Bu bayram bundan sonra Gürcüstanın hər bir yerində qeyd olunacaq", - deyə prezident vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG