Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:00

İraqda keçirilmiş seçkilərdə keçmiş baş nazir irəlidədir


İraqın baş naziri Nuri əl Maliki Mərkəzi Seçki Komissiyasını səslərin yenidən sayılması ilə bağlı bir neçə siyasi blokun tələbinə cavab verməyə çağırıb.

Nuri əl Maliki bildirib ki, o ali baş komandan kimi ölkədə siyasi sabitliyi qorumaq və zorakılığın dönməsinə imkan verməmək istəyir.

Son məlumata görə martın 7-də keçirilmiş parlament seçkilərində verilmiş səslərin 93 faizi artıq sayılıb.

Keçmiş baş nazir İyad Ələvinin bloku 8 min səs çoxluğuyla indiki baş nazir Nuri əl Malikinin alyansını qabaqlayır.

Amma onların ikisi də koalision hökumət yaratmaq üçün digər partiyalarla danışıqlara getməli olacaqlar.
XS
SM
MD
LG