Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:14

İran bir daha düşmənlərini hədələyib


İran rəhbərliyi Novruz bayramı münasibətilə xalqa müraciətində İran İslam Respublikasının düşmən üzərində qələbə çaldığını bəyan edib.

Ölkənin ali dini lideri Ayatolla Əli Xamenei televiziyayla çıxışında deyib ki, İran xalqının sayıqlığı düşməni məhv edib.

Onun ardınca çıxış edən prezident Mahmud Əhmədinejad isə bildirib ki, İran düşmənlərinin əlini kəsəcək.

ABŞ prezidenti Barak Obama bundan əvvəl Novruz bayramı münasibətilə İran xalqına müraciətində bildirimişdi ki, iki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq Vaşinqton İran xalqının ümidli gələcəyinə çalışır.
XS
SM
MD
LG