Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Bakı vağzalları sərnişinlərlə yüklənib


Bayram günləri ilə əlaqədar olaraq Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində, eləcə də dəmiryol nəqliyyatından istifadə edənlərin sayi 2-2.5 dəfə artıb.

Nəqliyyat Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, yaranmış sıxlıqla əlaqədar martın 15-dən 21-nə kimi 1 həftəlik tədbirlər planı hazırlanıb. Ehtiyatda olan 200-ə yaxın mikroavtobus və avtobus xəttə buraxılacaq.

Dəmiryol vağzalı da gücləndirilmiş iş rejimində çalışır. Sıxlığın aradan qaldırılması məqsədilə qatarlara əlavə vaqonlar qoşulub.

Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramında ölkə ərazisində 7 gün qeyri-iş günü nəzərdə tutulub. Martın 20-24-ü rəsmi olaraq bayram günləridir. Lakin martın 20 və 21-i şənbə-bazar günlərinə düşdüyündən, həmin günlər sonrakı iki iş gününə keçirilir. Beləliklə də, 20-27 mart ölkə ərazisində qeyri-iş günü hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG