Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41

BMT-nin baş katibi Yaxın Şərqdə səfərdədir


Yaxın Şərq sülh prosesinə vasitəçilik edən dördlük, fələstinlilərin müstəqil dövlət yaratmaq cəhdlərini qəti şəkildə dəstəkləyir.

Bunu BMT-nin baş katibi Ban Ki Mun bu gün Ramallahda Fələstinin baş naziri Salam Fayyadla görüşərkən deyib.

Ban Ki Mun İsrailin Şərqi Qüdsdə yeni evlər tikmək planından sonra yaranmış gərginliyi yoluna qoymaq üçün regiona səfərə gedib.

Ban Kİ Mun bundan bir gün öncə vasitəçilərin Moskva görüşündə İsraili Şərqi Qüdsdə bütün tikinti işlərini dayandırmağa çağırıb.

Yaxın Şərq sülh prosesinə Birləşmiş Ştatlar, BMT, Avropa Birliyi və Rusiya vasitəçilik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG