Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

Ədliyyə Nazirliyi Avropa Məhkəməsinə verilib


«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi Ədliyyə Nazirliyini Avropa İnsan Haqları Məhkəməsinə verib.

Bu barədə AzadlıqRadiosuna təşkilatın rəhbəri Elçin Məmməd məlumat verib. O, bildirib ki, təşkilat 2000-ci ildə yaranıb. Qeydiyyata alınmaq üçün 2006-cı ilədək Ədliyyə Nazirliyinə müraciət olunsa da, qurum təşkilatı dövlət qeydiyyatına almaqdan imtina edib.

2006-cı ildə təşkilat Yasamal rayon Məhkəməsində Ədliyyə Nazirliyinə qarşı üç iddia qaldırıb: Vəzifəli şəxsin həbsi, 20 min manat təzminat və təşkilatın qeydiyyata alınması.

2007-ci ilin fevralında məhkəmə təşkilatın qeydiyyata alınması barədə iddianı təmin etsə də, digər iddiaları rədd edib. Təşkilat Azərbaycanın bütün məhkəmə instansiyalarını keçsə də, iddia təmin olunmayıb.

Elçin Məmməd deyir ki, o, bu günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi regionda vətəndaş cəmiyyətinin inkişafı, gənclərin sosial-iqtisadi vəziyyətlərinin təminatı ilə bağlı fəaliyyət göstərir. Təşkilatın 472 üzvü var.

Günün bütün mövzuları

XS
SM
MD
LG