Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Obama bir daha İranı dialoqa çağırıb


ABŞ prezidenti Barak Obama bir daha İranı diplomatiya və dialoqa çağırıb.

O Novruz bayramı münasibəti ilə televiziyayla çıxışında bildirib ki, Birləşmiş Ştatlarla İran hökuməti arasındakı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton İran xalqının daha ümidli gələcəyinə çalışır.

O qeyd edib ki, Birləşmiş Ştatlar daha çox iranlı tələbənin Birləşmiş Ştatlarda təhsil ala bilməsi üçün bu sahədə mübadiləni artıracaq.

Bundan başqa Birləşmiş Ştatlar İranda internet texnologiyasının inkişafına kömək etmıək fikrindədir.

Amma Obama bir daha qeyd edib ki, İran beynəlxalq öhtəlikləri pozduğuna görə Vaşinqton ona qarşı yeni saksiyalar tətbiq edilməsində beynəlxalq aləmlə əməkdaşlıq edir.

Beynəlxalq aləm Tehrandan uran zənginləşdirilməsi üzərində işin dayandırılmasını tələb edir.
İran bu tələbə məhəl qoymur, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG