Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Daşkəsəndəki hərbi hissədə baş vermiş qətl hadisəsinin istintaqı 1 aya yekunlaşacaq


Bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib.

İstintaqın hərtərəfli aparıldığını deyən hərbi prokuror 4 nəfərdən başqa saxlanılanların olmadığını qeyd edib:

«İstintaq obyektiv, qərəzsiz, dəqiqi aparılır. Buna heç kimin şübhəsi olmasın».

X. Vəliyev hadisənin baş vermə səbəblərini hələlik açıqlaya bilməyəcəyini söyləyib:

«Bu elə işdir ki, diqqətsizlikdən işlənən adi söz hər şeyi məhv edər».

«Hadisədə «dedovşina» amili nə qədərdir» sualına cavab olaraq hərbi prokuror bunları deyib:

«Dedovşina» zabitlə əsgər arasında baş verən hadisə deyil. Araşdırmalar nəticəsində orada Nizamnamədən kənar hərəkətlərə, qanunsuzluqlara yol verildiyi məlum olub. O da müəyyənləşib ki, hadisəni törədən əsgərlər özləri də nizam-intizamsız olublar. Bütün məsələlər istintaq başa çatdırdan sonra açıqlanacaq».

Bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı 6 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. /APA/
XS
SM
MD
LG