Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57
Amerikanın Kentukki ştatının sakinini prezident Obamanı ölümlə hədələməkdə ittiham ediblər.

27 yaşlı Conni Loqan Spenser NewSaxon.org adlı İnternet saytında özünün “Snayper” sərlövhəli şeirini yerləşdirib.

Şeirdə snayper tüfəngli şəxsin “tiran”ı öldürməsi təsvir edilir, sonda “tiran”ın Obama olduğu deyilir. Snayperin hərəkəti alqışlanır və şeir “Öl, zənci, öl!” misrası ilə bitir.

İnternet saytı irqçilərə məxsusdur və devizi “Ağlar üçün ağlar on-line icması” adlanır.

İttihama görə, şeir sayta 2007-ci ildə yerləşdirilib. Amma müəllif kimliyini gizlədərək, təxəllüsdən istifadə edib.

Polis şeiri yazanı 2008-ci ildən axtarırdı, 1 həftə qabaq şeirin altında Spenserin imzası olan əlyazma kimliyi açıqlanmayan şəxs tərəfindən Federal Təhqiqat Bürosuna verilib.

Spenseri “prezidenti ölümlə hədələmək”, “prezidentliyə nazmizədi öldürmək, yaxud yaralamaq” cəhdində günahlandırırlar.

Spenserin vəkilləri isə şeirin bir “bədii əsər” olduğunu, indiyəcən heç kimin Amerikanın ilk qaradərili prezidentinə sui-qəsd etmədiyini əsas gətirərək müdafiə etdikləri şəxsə qarşı ittihamı ləğv etməyə çağırırlar.

Spenser 25 min dollarlıq girov müqabilində zaminə buraxılsa da, ev dustağı olaraq qalır.

(Asoşieytid Press)

Günün bütün mövzuları

XS
SM
MD
LG