Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:31

Bakııya girişdə avtomobil tıxacı



Lökbatan istiqamətindən paytaxt Bakıya girişdə bir-neçə kilometr məsafədə avtomobil tıxacı əmələ gəlib. Tıxacın günorta saatlarından yarandığı bildirlir.

Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov Lent.az-a tıxacın yaranma səbəblərinin dövlət tədbiri ilə əlaqədar meydana gəldiyini bildirib. Ərəstun Məcidov tıxacın saat 16 radələrində aradan qaldırıldığını söyləyib.

Amma yolda qalan sərnişinlərdən bir neçəsinin saat 19:00 radələrində AzadlıqRadiosuna verdiyi məlumata görə, avtomobil tıxacı hələ də davam edir.

Martın 19-da prezident İlham Əliyev bu istiqamətdə Bakı-Ələt yolundan bir qədər aralı, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib.

XS
SM
MD
LG