Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:38

Klinton: ABŞ və Rusiya razılaşmaya çox yaxındırlar


Amerikanın dövlət katibi Hillari Klinton deyib ki, onun ölkəsi və Rusiya nüvə başlıqlarının azaldılması ilə bağlı yeni sazişin bağlanmasına çox yaxındırlar.

O bunu Moskvada Rusiya prezidenti Medvedevlə görüşündən sonra bildirib.

Klintonun sözlərinə görə, danışıqları aparan heyətlər artıq əsas məsələlərdə anlaşıblar, indi yalnız texniki məqamlar qalır.

Bundan əvvəlki nüvə razılaşmasının vaxtı dekabrda bitib, amma indiyəcən yeni razılıq əldə edilməyib.

Klinton Medvedevlə İran məsələsini də müzakirə edib.
XS
SM
MD
LG