Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51
«Obama administrasiyası Azərbaycanla münasibətdə məsafə saxlayır». Bunu siyasi təhlilçi, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Bu gün «İşdən sonar»da Antiamerika ritorikasının arxasında duran səbəblər müzakirə olunub.

Elxan Şahinoğlu deyib:

- Mən şübhə etmirdim ki, «Vaşinqton Post»da məlum məqalə dərc olunduqdan sonra Azərbaycanda antiamaerika siyasəti başlayacaq. Məhz İlham Əliyevin Dubay mülkləri ilə bağlı məqaləyə görə Azərbaycan hakimiyyətində Amerikaya qarşı tənqid güclənib. Azərbaycan deputatlarının fikrincə, o məqalədə hədəf Azərbaycan prezidenti götürülüb. Bəzən bizim deputatlar və məmurlar belə bir təəssürat yaratmağa çalışırlar ki, məqalə o müxbirin məhsulu deyil, Amerika dövlətinin bilərəkdən ötürdüyü məlumatdır ki, Vaşinqton administrasiyasının Azərbaycanla münasibətləri normal olmadığına görə bu formada Azərbaycan hakimiyyətinə təzyiq edirlər.

Politoloq Rəşad Şirinov isə hesab edir ki, Amerika Azərbaycan hakimiyyəti üzərindəki gücü itirməkdədir.

Rəşad Şirinov
- Çünki demokratikləşmə, insan haqları kimi məsələlər Azərbaycan üçün artıq fiaskoya uğramış hesab olunur. Bu gün Amerikanın o mexanizmi itib. Azərbaycan elə bir mərhələyə keçmişdir ki, burada avtoritar tendensiyalar güclüdür, cəmiyyət qapalıdır, ölkə istədiyi xarici siyasəti yeridə bilir, maliyyə vəsaitləri özünə yetir. Eyni zamanda Rusiya Azərbaycan hökumətinin istədiyi şeyi verir və ya onun verə bilmədiyi şeyi ondan tələb etmir.

Elxan Şahinoğlu isə bildirir ki, Obama adminstrasiyası Azərbaycanla məsafə saxlayır:

- Əslində, münasibətlərdə gərginlik yox, qeyri-müəyyənlik hökm sürür. Azərbaycan tərəfindən Ağ Ev administrasiyasına demokratiya, insan haqları, seçkilər və s. məsələlərdə müsbət siqnallar göndərilmədiyinə görə, Obama administrasiyası Azərbaycanla münasibətdə məsafə saxlayır. Amerika-Azərbaycan münasibətlərinin indiki səviyyəsi bizə onu deyir ki, iki ölkə arasında münasibətlər səmimi deyil.

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG