Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:12
Məşhur rus şairi, Nobel mükafatlı İosif Brodskinin heykəlini Moskvadakı bulvarların birinə qoymaq müşkülə dönüb.

Mübahisə ilə bağlı iş Moskvanın artıq doqquzuncu Arbitraj Apelyasiya Məhkəməsinə gedib çıxıb.

Dissident şairin heykəlinin "Novinski bulvar"dakı açılışı hələ keçən ilin yayında olmalı idi.

Heykəltəraş Georgi Franqulyan tunc kompozisiyanı bir ilə yaxındır ki, Moskva hakimiyyətinə hədiyyə edib.

Amma heykəlin qoyulmalı olduğu yerdə fəaliyyət göstərən ticarət pavilyonunu başqa yerə köçürmək cəhdi çoxsaylı məhkəmə iddiaları ilə nəticələnib.

İki aydan sonra dünyanın müxtəlif ölkələrində Brodskinin 70 illiyi qeyd ediləcək. Amma heykəlin həmin vaxta qədər öz yerinə qoyulacağına ümid çox azdır.

Brodski SSRİ-dən 1972-ci ildə qovulmuşdu və Amerikaya getmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG