Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

«Bu, böyük sülh sazişi üzərində işə başlamağa imkan verər»


«Əgər Ermənistan yeni Madrid prinsiplərini qəbul etdiyini açıqlayıbsa, bu həm Azərbaycan, həm Ermənistan, həm də ATƏT-in Minsk qrupu üçün danışıqları yekunlaşdırıb böyük sülh sazişi üzərində işə başlamağa imkan verər».

Bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov sinqapurlu həmkarı ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Elmar Məmmədyarov həmsədrlərin Ermənistanın xarici işlər naziri ilə Parisdə keçirdikləri görüşün nəticələri barədə hələlik ona məlumat verilmədiyini bildirb.

Nazir həmsədrlərin növbəti addımlarını gözləməyi məsləhət görüb:

«Mən düşünürəm ki, biz ilk növbədə həmsədrlərlə əlaqə saxlayıb, onların hansı addımları atmasını bilməliyik ki, həmin istiqamətdə də işimizi quraq».

Günün bütün mövzuları

XS
SM
MD
LG