Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58
«Bəzi adamlar, hətta bəzən yüksək vəzifə tutan məmurlar da belə fikir yaratmağa çalışırlar ki, guya Azərbaycanın ali məktəblərində heç bir iş getmir, Azərbaycan gəncləri savadsızdır, bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Bu fikirlərin hamısını əsassız hesab edirəm. Bunu mənə atılmış güllə sayıram».

APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XIV Respublika Elmi Konfransda fərqlənmiş tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında deyib.

O, nə rektorların, nə deputatların, nə müəllimlərin, nə də gənclərin bu cür fikirlərə qarşı çıxmadığını bildirib:

«Bizim bir neçə rektorumuz var ki, Milli Məclisin üzvüdür, komitə sədridir. Akademiklərin də hamısı, Allaha şükür, Bakı Dövlət Universitetində çalışır. Lakin parlamentdə hökumətin hesabatı dinləniləndə bu adamların heç biri təhsil haqqında, təhsildə baş verən yeniliklər haqqında danışmır. Halbuki hər il yerli və beynəlxalq elmi konfranslarda, müsabiqələrdə yer tutan gənclərimizin sayı artır. Bunların müqabilində ali təhsildə heç bir iş görülmədiyini söyləmək məqsədli qərəzdən başqa bir şey deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG