Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Ötən il Azərbaycan əleyhinə işləyən 25 şəxs aşkarlanıb


2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyi xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan əleyhinə fəaliyyət göstərən 25 şəxs aşkar edilib.
Onlardan 17 nəfəri haqqında məhkəmə hökmləri çıxarılıb.

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində milli təhlükəsizlik naziri Eldar Mahmudov deyib.

Nazir ölkə ərazisində terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıqda təqsirləndirilən 49 nəfər saxlanıldığını və onlardan külli miqdarda silah-sursat və partlayıcı maddə götürüldüyünü də deyib.

Eldar Mahmudovun sözlərinə görə, ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 32 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupların fəaliyyətinin qarşısı alınıb.

MTN 2009-cu ildə korrupsiya və iqtisadi fəaliyyət sahəsində 15 cinayət faktını aşkarlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG