Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20
«Facebook» sosial şəbəkəsi ölkələr üzrə istifadəçilərin sayını açıqlamır. Bunu AzadlıqRadiosunun Azərbaycan xidmətinə açıqlamasında şirkətin Qlobal Kommunikasiya və İctimai Siyasət bölməsinin direktoru Debbi Frost bildirib.

Frost deyib ki, bu statistikanı istifadəçilər haqqında məlumatın özəlliyini qorumaq üçün açıqlamırlar:

«Biz bu statistikanı hətta ABŞ istifadəçiləri barədə vermirik».

Bir müddət əvvəl «Facebook»da azərbaycanlı istifadəçilərin yaydığı məlumata görə, Azərbaycandan 50 min nəfər bu sosial şəbəkənin istifadəçisidir.

ABŞ-ın «Facebook» şirkəti 2004-cü ildən sosial şəbəkə kimi fəaliyyətə başlayıb.

Şirkətin məlumatına görə hazırda bu şəbəkənin bütün dünya üzrə 400 milyon istifadəçisi var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG