Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:11

«Facebook» ölkələr üzrə istifadəçilərin sayını açıqlamır


Bunu AzadlıqRadiosunun Azərbaycan xidmətinə açıqlamasında «Facebook» şirkətinin Qlobal Kommunikasiya və İctimai Siyasət bölməsinin direktoru Debbi Frost bildirib.

Frost deyib ki, bu statistikanı istifadəçilər haqqında məlumatın özəlliyini qorumaq üçün açıqlamırlar: «Biz bu statistikanı hətta ABŞ istifadəçiləri barədə vermirik».

Bir müddət əvvəl «Facebook»da azərbaycanlı istifadəçilərin yaydığı məlumata görə, Azərbaycandan beş min nəfər bu sosial şəbəkənin istifadəçisidir.

ABŞ-ın «Facebook» şirkəti 2004-cü ildən sosial şəbəkə kimi fəaliyyətə başlayıb.

Şirkətin məlumatına görə hazırda bu şəbəkənin bütün dünya üzrə 400 milyon istifadəçisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG