Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05

ABŞ heç bir ölkəyə qarşı ikili standartla yanaşmır


Karin Stüart 2008-ci ilin mart ayına kimi ABŞ-ın Belorusdakı səfiri olub.

Karin Stüart 2008-ci ilin mart ayına kimi ABŞ-ın Belorusdakı səfiri olub.

ABŞ rəsmiləri internetin azadlığıyla insan haqlarını bir-birinə bağlı məvhumlar kimi qəbul edir. Odur ki, hər hansı repressiv rejimlər tərəfindən internetdəki ifadə azadlığının, bloqqerlərin fəaliyyətinin məhdudlaşdırılmasına olan cəhdlərin əleyhinəyik.

ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə yardımçısı Maykl Posnerin müşaviri Karin Stüart AzadlıqRadiosuna müsahibəsində belə deyib. Xanım Stüart onu da bildirib ki, ABŞ-ın insan haqlarını məhdudlaşdıran bəzi rejimlərlə əməkdaşlığını ikili standart kimi təqdim eləmək də düzgün deyil.

Sual: ABŞ Dövlət Departamentinin illik insan haqlarıyla bağlı hesabatlarında bəzi dövlətlər var ki, onların siyasi hakimiyyətləri insan haqlarını boğmağa görə çox ciddi tənqidlərlə üzləşirlər. Məsələn, Türkmənistan, Belorus, Azərbaycan və başqa Orta Asiya dövlətləri kimi. Ancaq, bu ölkələrdən yalnız Belorusa qarşı hansısa sanksiyalar tətbiq edilir, digərləri isə ABŞ-la terrorizmlə mübarizə və ya enerji sahəsində əmakdaşlıq edirlər. Belələrinə qarşı heç bir sanksiyaların tətbiq edilməməsini bəziləri ikili standart kimi qiymətlındirir. Dövlət Departamenti üçün yaxşı diktator-pis diktator fərqi varmı?

Karin Stüart:
"Məncə yaxşı, ya pis diktator yox, insan haqlarının hansı dərəcədə məhdudlaşdırılmasının, repressiyaların dərəcəsinin daha çox önəmi var.
Biz insan haqlarıyla bağlı hesabatları hazırlayanda onların son dərəcədə dəqiq olması üçün çox ciddi davranırıq. Amma bu hesabatlar ümumilikdə ABŞ-ın xarici siyasəti demək deyil. Sözsüz ki, bu hesabatlar hər hansı bir ölkəylə bağlı xarici siyasətin formalaşmasında istifadə edilə bilər və ya o ölkə haqqında məlumat bazası kimi istifadə edilir. Amma ABŞ hökumətinin hər hansı bir ölkəylə bağlı xarici siyasətinin müəyyənləşməsi çox mürəkkəb prosesdir, kompleks məsələdir. Bu zaman sadəcə insan haqları yox, bir çox məsələlər, həmin ölkədəki başqa ortaq maraqlar da nəzərə alınır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG