Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Hillari Klinton Azərbaycan xalqını təbrik edib


ABŞ Dövlət Katibi Hillari Klinton Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: “Prezident Obama və Amerika xalqı adından yeni imkanlar və ümidlər gətirən Novruz bayramının geyd olunması münasibətilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istəyırəm.

Bu bayram Sizin zəngin ənənələriniz və irsinizin şərəflə qeyd olunması üçün gözəl imkan yaradır. Azərbaycanda və bölgədə yaşayan ailələr və dostlar bir araya gələrək əlaqələrini yeniləşdirir, gələcək planları barədə düşünürlər. Novruz məhz uğuru qeyd etmək, ehtiyacı olanlara əl tutmaq və baharın gəlişinə sevinmək vaxtıdır.

Biz də fürsətdən istifadə edərək qarşılıqlı anlayış və hörməti gücləndirmək ücün öz səylərimizi artıra, birgə işləyərək üzləşdiyimiz çağırışların öhdəsindən gəlib, yeni fəslin, yeni əsrin təqdim etdiyi yeni imkanlardan bəhrələnə bilərik.

Arzu edirəm ki, Novruz Sizin hamınıza sülh və xoşbəxtlik gətirsin”.
XS
SM
MD
LG