Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

Avropa çempionatının mükafatçısı 10 illik həbsə məhkum edildi


Martın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə Avropa çempionatının mükafatçısı Azad Məmmədova hökm oxunub. Dələduzluqda təqsirləndirilən A.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Azad Məmmədov Şəki şəhər sakinləri Şəkilə Zeynalovadan 26.500, Gülnarə Yusifovadan 75 min, Sahibə Həsənovadan isə 22 min ABŞ dolları alaraq mənimsəyib. O, ötən il həmin şəxslərin şikayətləri əsasında həbs olunub. Şəkinin Qoxmuq kəndindəki evində aparılmış axtarış zamanı bir ədəd «Vinçester» tipli silah, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG