Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:24

ABŞ-ın Yaxın Şərq üzrə elçisi Moskvaya gedəcək


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel bazar günü yenidən regiona dönəcək.

Bu barədə İsrail və Fələstin rəsmiləri məlumat veriblər.

Corc Mitçel regiona yola düşməzdən əvvəl Yaxın Şərq sülh prosesinə vasitəçilik edən dördlüyün iclasına qatılmaq üçün cümə günü Moskvaya gedəcək.

Mitçelin regiona səfəri İsrailin Şərqi Qüdsdə 1600 ev tikmək planına görə dayandırılmışdı.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, İsrailin bu adımı sülh prosesini əngəlləyir.

Amma o eyni zamanda qeyd edib ki, ABŞ-İsrail münasibətlərində böhrandan söhbət getmir.

Birləşmiş Ştatlar da daxil olmaqla beynəlxalq aləm İsrailin bu addımını pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG