Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:56

Çay vasitəsilə İrana keçən azərbaycanlı geri qaytarılaraq həbs olundu


Martın 17-də səhər saat 07.45 radələrində Astara çayında balıq ovu ilə məşğul olarkən çay vasitəsilə İran tərəfə keçən Astara şəhər sakini Loğman Bağırov Azərbaycana qaytarılıb. O, geri qaytarıldıqdan sonra barəsində cinayət işi başlanıb və həbs edilib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Loğman Bağırovun həyat yoldaşı Vəsilə Bağırova AzadlıqRadiosuna bildirmişdi ki, əri 3-cü qrup Qarabağ əlilidir və heç bir yerdə işləmir. Dəfələrlə əlaqədar qurumlara işlə və mənzillə təmin olunması üçün məktublar göndərsə də müsbət cavab almayıb. Səhər evdən çıxarkən Azərbaycanda yaşamaq istəmədiyini bildirib və az sonra ailə üzvləri onun çay vasitəsilə İrana keçdiyini eşidiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG