Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

Milli Ordunun üç əsgəri Cinayət Məcəlləsinin 20 maddəsi ilə təqsirləndirilir


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgərlərin məhkəməsi keçirilir
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgərlərin məhkəməsi keçirilir
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsinin əsgərləri Yusif Yusifovun, Emin Rəhimovun və Tural Bağırovun məhkəməsi keçirilir. Əsgərlər xidmət etdikləri hərbi hissənin tağım komandiri Elşən Tağıyevi və onun müavini, gizir Ramal Əmrahovu qətlə yetirməkdə, əsgərlərə qarşı cinsi zorakılıq hərəkətləri etməkdə təqsirli bilinirlər. Əsgərlər Cinayət Məcəlləsinin üst-üstə 20 maddəsi ilə təqsirləndirilirlər.

Məhkəmə iclasları qapalı keçirilir. Tural Bağırov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, mərhum gizir Ramal Əmrahov əsgərlərdən onun və yoldaşları Yusif Yusifovla Emin Rəhimovun əleyhinə hədə-qoxu yolu ilə izahatlar alıb: «Əsgərlər bizimlə könüllü cinsi əlaqədə olublar. Əmrahov isə onları məcbur edib ki, bizim əleyhimizə ifadə versinlər. Həmin əsgərlərdən bir neçə nəfəri sorğu-sual etdik, əmin olduq ki, leytenant Tağıyev və gizir Əmrahov əsgərləri bizim üzümüzə durmağa məcbur edirlər. Hər iki zabiti öldürmək qərarına gəldik».

Tural Bağırov ifadəsində göstərib ki, istifadəsində olan avtomat silahla gizir Əmrahova davamlı atəş açıb. Eyni vaxtda Emin Rəhimov da zabitlər otağında leytenant Tağıyevi qətlə yetirib. Sonra silahı hərbi hissənin ərazisində ataraq hərbi hissədən qaçıblar. Yaxınlıqdakı kəndlərdən birində yaşayan tanışlarının evinə gələrək əsgər geyimlərini mülki geyimlə əvəz ediblər. Gəncəyə gedərkən yolda polis əməkdaşları tərəfindən həbs olunublar.

Hərbi hissənin bir neçə əsgəri ibtidai istintaqa zərərçəkmiş qismində cəlb olunub. Onlar ibtidai istintaqa verdikləri ifadələrində hazırda mühakimə olunan əsgərlər tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.
XS
SM
MD
LG