Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:30

ABŞ-ın Yaxın Şərq üzrə elçisi regiona dönə bilər


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi elçisi Corc Nitçel bazar günü yenidən regiona dönə bilər.

Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat verir.

Bundan əvvəl Mitçelin İsraillə Fələstin arasında keçiriləcək dolayısı danışıqlara vasitəçilik edəcəyi gözlənilirdi.

Amma İsrailin Şərqi Qüdsdə 1600 ev tikmək planına görə danışıqlar təxirə salındı.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, İsrailin bu adımı sülh prosesini əngəlləyir.

Amma o eyni zamanda qeyd edib ki, ABŞ-İsrail münasibətlərində böhrandan söhbət getmir.

Birləşmiş Ştatlar da daxil olmaqla beynəlxalq aləm İsrailin bu addımını pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG