Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

Dağlıq Qarabağla bağlı referendum yalnız Azərbaycan ərazisində keçirilə bilər


Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi Madrid prinsiplərinin yenilənmiş variantındakı bəzi məqamları qəbul edib.

Amma bir sıra məqamlar var ki, onun üzərində işləmək lazımdır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Qarabağın statusu ilə bağlı suala gəldikdə isə nazir bildirib ki, bunu Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər bir yerdə yaşadıqdan sonra müəyyən etmək olar.

Elmar Məmmədyarov Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakının vacibliyi ilə bağlı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatına da münasibət bildirib.

Nazir qeyd edib ki, Əgər Ermənistan tərəfi Madrid prinsiplərini qəbul edirsə və böyük sülh sazişi üzərində işlənməyə başlansa, onda əlbəttə ki, hər iki icma danışıqlarda iştirak edə bilər.

İndiki mərhələdə isə danışıqlarda ancaq Ermənistan və Azərbaycan tərəfi iştirak edir.

Nazir onu da bildirib ki, Dağlıq Qarabağın statusu ilə bağlı referendum , yalnız Azərbaycan Konstitusiyasına uyğun olaraq bütün ölkə ərazisində keçirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG