Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

Novruz Bayramında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Novruz şənlikləri ilə əlaqədar Bakının bəzi küçə və yollarında nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, martın 19-da saat 24:00-dan martın 20-si saat 16:00-dək paytaxtın aşağıda qeyd olunan küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Paytaxtın Yusif Səfərov küçəsindən başlayaraq Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti, sağa - Zərifə Əliyeva, sola- Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, «Azneft» meydanı, Bakı Gəmi Təmiri Zavodunun qarşısına qədər; oradan Əl Oyunları Sarayı, Milli Park da daxil olmaqla, dəniz limanınadək qapalı dairə daxilində bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.

Əlavə olaraq nəqliyyatın hərəkəti Teleteatrın qarşısından Nəriman Nərimanov abidəsinə tərəf, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Gənclər meydanı, Qoşaqala Qapısından isə «beşmərtəbə» tərəfə dəyişdiriləcək.

Səbail meydanı tərəfdən gələn nəqliyyat vasitələri Bakı Gəmi Təmiri Zavodunun qarşısından geri qaytarılacaq.

Bayıldan Gülüstan sarayı və «qırxpilləkən» tərəfə nəqliyyatın hərəkəti dayandırılacaq. Cavanşir körpüsündən gələrək Üzeyir Hacıbəyov küçəsinə hərəkət edən nəqliyyat vasitələri yalnız sağa - Rəşid Behbudov küçəsinə döndəriləcək.

Azadlıq, Bülbül prospektləri, Səməd Vurğun küçəsi ilə Milli Park istiqamətinə nəqliyyat vasitələri buraxılmayacaq.

Bu küçələrlə hərəkət edən nəqliyyat vasitələri Rəşid Behbudov, Füzuli və Salatın Əsgərova küçələrindən geri qaytarılacaq.

Nazirlər Kabinetinin qərarı ilə 20-24 mart rəsmi olaraq Azərbaycanda bayram günü elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG