Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:41

Obama: «Bəzən «dostlar» arasında da fikir ayrılığı olur»


ABŞ prezidenti İsrailin Şərqi Qüdsdə minlərlə yaşayış məntəqəsi salmaq planlarının Yaxın Şərq sülh prosesinə yardım etmədiyini deyib. Bununla belə Barak Obama bunun Vaşinqtonla-İsrail arasında «böhran»a səbəb olmadığını bildirib.

«Fox» televiziyasına müsahibəsində Obama bəzən «dostlar» arasında da fikir ayrılığı yarandığını əlavə edib.

Ötən həftə İsrail Şərq Qüds yaxınlığında yəhudilər üçün 1400 yeni ev tikməyi planlaşdırdığını açıqlayıb.

Obama administrasiyası İsrailin bu planlarını pisləyib.

Bu addım İsrail-Fələstin arasında sülh danışıqlarının bərpasını kölgə altına qoyub. Fələstin gələcəkdə bu ərazinin paytaxtı olmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG