Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13

Qənimət Zahid azadlığa çıxıb


«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid bu səhər azadlığa çıxıb. Prezident İlham Əliyevin martın 17-də imzaladığı yeni əfv sərəncamıyla 62 məhbus azadlığa buraxılır.

Qənimət Zahid əfv sərəncamına münasibət bildirərkən deyib ki, «azadlıq mənim haqqımdır».

Jurnalist bir müddət dincəldikdən sonra yenidən fəaliyyətə başlayacağını əlavə edib.

Prezidentin sərəncamı ilə bundan əlavə, cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər də əfv edilir. 7 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilir.

Fərmanla ömürlük azadlıqdan məhrum edilmiş 1 şəxsin cəzası 20 illik cəza ilə əvəz edilir. Cərimə cəzasına məhkum edilmiş 1 nəfər də əfv olunanlar arasındadır.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ildə həbs edilib. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG