Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

«İnanmıram ki, bu rəhbərliklə orduda hər hansı dəyişikliklər ediləcək»


«Məndə inam qalmayıb ki, indiki rəhbərliklə orduda hər hansı dəyişikliklər ediləcək».

Bunu «İşdən sonra»da Ehtiyatda və istefada olan zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli deyib.

Verilişdə Azərbaycan ordusunda əsgərlərin işlədilməsi mövzusu müzakirə olunub.

Yaşar Cəfərli deyib ki, Azərbaycan əsgərlərinin Naxçıvandan aparılıb İranda işlədilməsi faktı rəsmi mənbələr tərəfindən təkzib olunmadığı üçün bu hadisə doğurdan da baş verib:

- Ordu ilə bağlı hər hansı neqativ açıqlamalar verilirsə, mən artıq buna təəccüblənirəm. Təəssüf ki, rəsmi mənbələr də hər hansı məlumat vermirlər. Bunun ilk növbədə səbəbkarı ordumuzda insan haqlarının zəif təmin olunması və qanunların aliliyinin təmin olunmamasıdır. Belə addım atanlar həm əsgərlərə, həm də xalqa düşmən kəsilmiş adamlardır. Əsgərin taqım komandanının evində və ya Müdafiə nazirinin mənzilində işlədilməsi cinayətdir və bu olmamalıdır. Deməli, burada korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan söhbət gedir.

Yaşar Cəfərli «İşdən sonra»ya etiraflar edib:

- Sovet vaxtı Ukrayna ərazisində xidmət edirdim. Belə hallar olub ki, əsgərlərin bir-biri ilə dalaşdığı vaxtları görmüşəm, sakitləşdirmək üçün əl qaldırmışam. Təhqiramiz ifadələr işlətdiyim, səsimi qaldırdığım hallar olub. 20 illik təcrübəm əsas verir deyim ki, əslində zorakılıqsız da mümkündür. Bu, mühitdən asılıdır. Hər bir halda öz hüququnu müdafiə edən əsgərə komandirlər də hörmətlə yanaşırlar.

DAHA ƏTRAFLI AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG