Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Narkotik qaçaqçılığı ilə məşçul olan 2 nəfərə hökm oxundu


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaçaqmalçılıqla Azərbaycandan Rusiyaya narkotik vasitələr aparan dəstənin iki üzvünə hökm oxunub.

Bu işdə təqsirli bilinən Rauf Həziyev 13, Aydın Aqametov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın Aqametov Rusiya, Rauf Həziyev isə Azərbaycan vətəndaşıdır.

Onlar Xaçmazdakı “Samur” Gömrük postunun gömrük nəzarət zonasında saxlanılıblar.

Onlardan 9 kiloqram 935 qram həşiş tapılıb.
XS
SM
MD
LG