Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39

Qənimət Zahid azadlığa çıxır (Əfv olunanların tam siyahısı)


Qənimət Zahid 2007-ci ildə həbs edilib

Qənimət Zahid 2007-ci ildə həbs edilib

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid əfv edildi. Prezident İlham Əliyevin martın 17-də imzaladığı yeni əfv sərəncamıyla 62 məhbus azadlığa buraxılır. Bundan əlavə, cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər də əfv edilir. 7 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilir. Fərmanla ömürlük azadlıqdan məhrum edilmiş 1 şəxsin cəzası 20 illik cəza ilə əvəz edilir. Cərimə cəzasına məhkum edilmiş 1 nəfər də əfv olunanlar arasındadır.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ildə həbs edilib. O, xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

ƏFV OLUNANLARIN TAM SİYAHISI ilə burada tanış ola bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG