Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:58
Martın 17-i səhər saatlarında Astara şəhər sakini Loğman Bağırov Astara çayı ilə İran ərazisinə keçib. Balıq tutmağa gələn Loğman Bağırov çaya düşəndən sonra əlini qaldıraraq İrana tərəf keçib. O, Azərbaycana qayıtmaq istəmədiyini bildirib.

Loğman Bağırovun həyat yoldaşı Vəsilə Bağırova AzadlıqRadiosuna bildirib ki, ailə vəziyyətləri ağırdır. Həyat yoldaşı 3-cü qrup Qarabağ əlilidir və heç bir yerdə işləmir. Ailə kirayədə yaşayır. Dəfələrlə əlaqədar qurumlara və prezidentə işlə və mənzillə təmin olunması üçün məktublar göndərsə də cavab almayıb:
«Ərimin bütün dükanlara, işığa, qaza borcu var. Dedi ki, mənim işimə burda baxmırlar, mən qaçıb gedəcəyəm».

Astara Şəhər İcra Hakimiyyəti başçısının müavini Məzahim Hüseynov AzadlıqRadiosuna faktı təsdiqləyərək hazırda məsələnin araşdırıldığını bildirib.

1965-ci il təvəllüdlü Loğman Bağırov iki azyaşlı uşaq atasıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG