Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:25

Ofisi partlatmaq istəyən intiharçılar öldürülüb


Əfqanıstanın cənubundakı Laşkarqah şəhərində iki ekstremist öldürülüb.

Onlar özlərini Helmand əyalətində fəaliyyət göstərən beynəlxalq hümanitar təşkilatın ofisində partlatmaq istəyərkən öldürülüblər.

Yerli hakimiyyətin nümayəndəsi Davud Əhmədinin verdiyi məlumata görə insident zazmanı təşkilatın xarici əməkdaşlarından biri yaralanıb.

Laşkarqah NATO və Əfqanıstan qüvvələrinin yaraqlılara qarşı irimiqyaslı əməliyyat apardığı bölgənin yaxınlığında yerləşir.

Dünən isə Əfqanıstanın cənubunda iki NATO əsgəri həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG