Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:55

MTN-in zərərsizləşdirilmiş qrupla bağlı rəsmi açıqlaması gözlənilir


Azərbaycanın hüquq mühafizə orqanları respublikada terror aktları törətməyi planlaşdıran zərərsizləşdirilmiş qrupla bağlı istintaq tədbirləri həyata keçirirlər.

Bu barədə İnterfaks-Azərbaycan agentliyi hüquq mühavizə orqanlarındakı mənbələrə istinadla xəbər verir.

Agentliyin məlumatına görə həbs olunmuş 8 nəfər arasında Dağıstan və Çeçenistandan olan Rusiya vətəndaşları da var.

Onların hamısı radikal dini qruplaşmanın üzvləridirlər.

İlkin məlumatlara görə bu qrup Bakıda kütləvi terror aktları törətmək istəyirmiş və bu məqsədlə Azərbaycana, xüsusilə də Gürcüsütandan böyük miqdarda silah gətirib.

Son məlumata görə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama hazırlayır.
XS
SM
MD
LG