Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

Minlərlə erməni Türkiyədən çıxarıla bilər


Türkiyənin Baş naziri minlərlə ermənini ölkədən çıxarmaqla hədələyib.

«BBC»nin türk xidmətinə müsahibəsində Rəcəb Tayyib Ərdoğan deyib ki, hazırda Türkiyədə qanunsuz işləyən təxminən 100 min erməni var. Ərdoğan əlavə edib ki, «bu, Yerevanın erməni diasporuna maliyyə dəstəyi göstərməyi dayandırmayacağı təqdirdə baş verə bilər. Əgər vəziyyət davam etsə biz mövqelərimizə yenidən baxacağıq».

Ərdoğan həmçinin İsveç parlamenti və Nümayəndələr Palatasının komitəsinin bu yaxınlarda qondarma «erməni soyqırımı»na dair qətnamə qəbul etməsini də iki ölkə arasında onsuz da mürəkkəb olan münasibətləri çətinləşdirə biləcəyini deyib.

Ermənilər Birinci Dünya müharibəsi zamanı 1 milyon yarım erməninin türklər tərəfindən öldürüldüyünü iddia edir. Türkiyə bu iddiaları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG